...

Azərbaycandakı turizm şirkətlərinin sayı 277-yə çatdı

Cəmiyyət Materials 3 Mart 2015 17:16 (UTC +04:00)
Azərbaycandakı turizm şirkətlərinin sayı 277-yə, ulduz alan mehmanxanaların sayı isə 73-ə çatıb.
Azərbaycandakı turizm şirkətlərinin sayı 277-yə çatdı

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycandakı turizm şirkətlərinin sayı 277-yə, ulduz alan mehmanxanaların sayı isə 73-ə çatıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən 7 mehmanxanaya dərəcə sertifikatları verilib. Bakı şəhərindəki "Panorama Villa Lux" mehmanxanasına 4 ulduz, "Azəryol" mehmanxanasına 4 ulduz, "Passage Hotel" mehmanxanasına 3 ulduz, Qusar rayonundakı "Shahdag Hotel&SPA" mehmanxanasına 5 ulduz, "Pik Palace" mehmanxanasına 5 ulduz, "Park Chalet" mehmanxanası 5 ulduz, "Zirvə Hotel" istirahət mərkəzinə 4 ulduz verilib.

Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 73-ə çatıb.

Bu ilin yanvar-fevral ayları ərzində 12 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bunlar "İşık Turizm", "VİK-5", "Coda", "Airtrips.az", "Klassik Voyaj", "TravelTimeAgency", "İqbal-Travel", "HolidaysTour", "Amil-Travel", "AeroTour", "HayatTravel", "Unitrevel" şirkətləridir.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 277-yə çatıb.

Bu ilin yanvar-fevral aylarında 16 mehmanxanaya lisenziya verilib.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 318-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti