...

Novruz şirniyyatları alarkən ehtiyatlı olun (FOTO)

Cəmiyyət Materials 10 Mart 2015 11:22 (UTC +04:00)
Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb.
Novruz şirniyyatları alarkən ehtiyatlı olun (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən daxil olmuş məlumat əsasında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Səmədova Aliyə Mirzə qızına məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan şərq şirniyyatı paxlava, şəkərbura və bulka məmulatları heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilir. Həmçinin istehsal zamanı istifadə olunan xammalların açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması, xammalın normativ sənədlərə uyğun olmadan qatılaraq hazırlanması faktları da aşkarlanıb.

Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti