...

2014-cü ildə Azərbaycana gələn turistlərin sayı bəlli oldu

Cəmiyyət Materials 11 Mart 2015 16:58 (UTC +04:00)
2014-cü il ərzində Azərbaycana 2,5 milyon nəfərə qədər turist gəlib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
2014-cü ildə Azərbaycana gələn turistlərin sayı bəlli oldu

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Maksim Tsurkov/

2014-cü il ərzində Azərbaycana 2,5 milyon nəfərə qədər turist gəlib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycana gələn turistlərin sayı 15 faizə qədər artıb.

Nazir qeyd edib ki, bəzi ölkələr üzrə azalma, bəzi ölkələr üzrə isə çoxalma müşahidə olunub: "Misal üçün, Rusiya, Gürcüstan və İrandan Azərbaycana gələnlərin sayı azalıb. Əvəzində isə Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və ərəb ölkələrindən gələn turistlərin sayı 10-20 faiz artıb".

Ə.Qarayev vurğulayıb ki, hazırda Azərbaycanda 530-dan artıq hotel fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu gün Azərbaycanın istənilən sayda qonaqları qəbul etmək imkanı var: "Bizim məqsədimiz xidmətin çeşidini artırmaqdır. Azərbaycana gələn hər bir turist ölkə iqtisadiyyatına orta hesabla 700 dollar vəsait yatırır".

Ə.Qarayev əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, sərgilərin və digər konfransların çoxluğu ölkənin turizminə müsbət təsir göstərir.

Mədəniyyət və turizm naziri, həmçinin yaxın illərdə Azərbaycana gələn turistlərin sayının 5 milyon nəfərə qədər artacağına ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti