...

Gəncədə vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün səyyar xidmət (FOTO)

Cəmiyyət Materials 25 Mart 2015 15:31 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Gəncə Dövlət Dram Teatrının binasında vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Gəncədə vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün səyyar xidmət (FOTO)

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Gəncə Dövlət Dram Teatrının binasında vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Tədbirin əsas məqsədi yerlərdə vətəndaşlara yüksək səviyyədə xidmət göstərərək rahatlığını təmin etmək, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirmək olub.

Yeni vəsiqələrin hazırlanması üçün ilk növbədə aztəminatlı, əlil, xəstə və yaşlı vətəndaşların sənədləri qəbul edilib. Gün ərzində 181 sənəd toplanıb. Onların əksəriyyəti ilk dəfə şəxsiyyət vəsiqəsi alanlardır. Səyyar xidmətə müraciət edənlər arasında əlil və xəstə olan 3, yaşayış ünvanını dəyişən 5 vətəndaşın sənədləri əməkdaşlar tərəfindən qəbul edilib. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdalıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti