...

Bu gün Bakının bəzi ərazilərində və Sumqayıtda sulu qar yağıb

Cəmiyyət Materials 30 Mart 2015 17:25 (UTC +04:00)
Bu gün Bakının bəzi ərazilərində və Sumqayıtda sulu qar yağıb.
Bu gün Bakının bəzi ərazilərində və Sumqayıtda sulu qar yağıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Bakının bəzi ərazilərində və Sumqayıtda sulu qar yağıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Bakının Maştağa qəsəbəsində və Sumqayıtda sulu qar yağıb. Lakin qarın yağması uzun müddət müşahidə edilməyib və yağıntı yağışla əvəzlənib.

A.Verdiyev bildirib ki, Maştağa və Sumqayıta sulu qarın yağması halı anomal hesab edilə bilməz və belə hava şəraiti mart ayı üçün xarakterikdir. Ötən il martın 30-da axşam və martın 30-dan 31-nə keçən gecə də Bakıda sulu qar yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti