Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/
Bakının bəzi yollarında endirilmiş sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Trend-ə "Azəryolservis" ASC-dən bildiriblər.
Qeyd edək ki, hava şəraiti nəzərə alınaraq bu gün Böyük Şor yol qovşağı-Heydər Əliyev Beynəlxalq Hava Limanı-Bilgəh, eləcə də Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınmışdı.
Sürət həddi 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilmişdi.