...

Azərbaycandan getmək hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyiciləri (SİYAHI)

Cəmiyyət Materials 8 Aprel 2015 13:46 (UTC +04:00)
Vergilər Nazirliyi dövlət büdcəsinə olan ver­gi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir.
Azərbaycandan getmək hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyiciləri (SİYAHI)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Vergilər Nazirliyi dövlət büdcəsinə olan ver­gi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir. Nazirlikdən Trend-ə bildiriblər ki, belə tədbirlərdən biri də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Vergi Mə­cəl­ləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

2015-ci il aprelin 1-i tarixinə borclu vergi ödəyicilərinin ölkədən getmək hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyincə, bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

Siyahı ilə bu linkdən tanış ola bilərsiniz: http://vergiler.az/art-view/3732/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti