...

Ötən ay Azərbaycanda 2 mina/PHS hadisəsi qeydə alınıb

Cəmiyyət Materials 6 May 2015 10:18 (UTC +04:00)
2015-ci ilin mart ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.
Ötən ay Azərbaycanda 2 mina/PHS hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

2015-ci ilin mart ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin aprel ayı ərzində 1 milyon 647 min 620 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 144 PHS, 3 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 486 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 284 milyon 700 min 992 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690104-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti