...

BDU-nun qarşısındakı bağlı küçə sabahdan istismara veriləcək (FOTO)

Cəmiyyət Materials 15 May 2015 17:12 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) qarşısından keçən və bir müddətdir bağlı olan Bəxtiyar Vahabzadə küçəsi sabahdan etibarən sürücülərin ixtiyarına veriləcək.
BDU-nun qarşısındakı bağlı küçə sabahdan istismara veriləcək (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlkin İzzət/

Bakı Dövlət Universitetinin (BDU) qarşısından keçən və bir müddətdir bağlı olan Bəxtiyar Vahabzadə küçəsi sabahdan etibarən sürücülərin ixtiyarına veriləcək.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" tərəfindən Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir. Artıq küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 517 metrlik hissəsində asfalt-beton örtüyünün son qatı salınır. İşlərin tam olaraq mayın 16-da yekunlaşması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə səfərbər olunub.

Eni 13,4 metr olan küçənin sözügedən hissəsində 2110 kv.m sahə əsaslı, 4918 kv.m sahə isə orta təmir olunub. 8+7 santimetr olmaqla 2110 kv.m sahəyə alt asfalt qatı, ortalama 5 sm olmaqla 6928 kv.m sahəyə isə üst asfalt qatı döşənib. Bundan başqa ərazidə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, 420 paqon-metr səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 11 baxış qapağı dəyişdirilib.

Anoloji işlər küçənin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn cavid prospektinin kəsişməsinədək olan təqribən 300 metrlik hissəsində də aparılır. Eni 10 metr olan küçənin sözügedən hissəsində təqribən 1000 kv. m hissəsində əsaslı, qalan 2000 kv.m hissədə isə orta təmir işləri həyata keçirilir, yol boyu 300 paqon-metr səki daşı yenilənib. Bundan başqa ərazidə komunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək, yağış barmaqlıqları yerləşdiriləcək. İşlər tərtib olunmuş qrafik əsasında həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün lazım olan sayda texnika və canlı qüvvə səfərbər olunub.

"Azəryolservis" ASC təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti