...

DİN səyyar xidmətləri davam etdirir

Cəmiyyət Materials 18 May 2015 16:38 (UTC +04:00)
Keçirilmiş səyyar xidmət zamanı bu qəsəbədə məskunlaşmış 155 Yardımlı rayon, 160 nəfər isə Qızıldaş qəsəbə sakininin müvafiq sənədləri qəbul edilib.
DİN səyyar xidmətləri davam etdirir

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi, səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbirlər paytaxtın Qaradağ RPİ-nin və Yardımlı RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş tutub.

Keçirilmiş səyyar xidmət zamanı bu qəsəbədə məskunlaşmış 155 Yardımlı rayon, 160 nəfər isə Qızıldaş qəsəbə sakininin müvafiq sənədləri qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti