...

Braziliya parlamentində Azərbaycan mətbəxi (FOTO)

Cəmiyyət Materials 27 May 2015 22:06 (UTC +04:00)
Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədilə Azərbaycan səfirliyi tərəfindən Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatı keçirilib.
Braziliya parlamentində Azərbaycan mətbəxi (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədilə Azərbaycan səfirliyi tərəfindən Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatı keçirilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən manqal salatı, qutab, şah plov, ləvəngi, paxlava və Azərbaycanın digər məhşur mətbəx nümunələri hazırlandı.

Adıçəkilən tədbirdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliya Senatında Braziliya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun prezidenti Kristovam Buarke, Braziliya Deputatlar Palatasında Braziliya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun prezidenti Klaudio Kajado və Braziliya parlamentinin çoxsaylı üzvləri iştirak ediblər. Braziliyalı parlamentarilər Azərbaycan milli yeməkləri ilə tanış olduqdan sonra, milli mətbəximizin zənginliyindən təəssüratlandıqlarını bildiriblər.

Tədbirin uğurunu nəzərə alaraq, Braziliya tərəfi gələcəkdə yenidən Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı səfirliyə müraciət etdi.

Tədbir keçirilən zalın qarşısında Azərbaycana həsr olunmuş banerlər quraşdırıldı və iştirakçılara ölkəmizin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti