...

BDU-nun qarşısındakı küçə sabahdan etibarən tam açılacaq (FOTO+VİDEO)

Cəmiyyət Materials 29 May 2015 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlkin İzzət/

Təmir olunmuş daha bir yol sürücülərin ixtiyarına verilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Bakının Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir. B.Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan eni 10 metr, uzunluğu 300 metr olan hissəsində 1 min kvadratmetrlik hissədə əsaslı, 2 min kvadratmetrlik sahədə isə orta təmir işləri aparılıb. Bundan başqa, küçə boyu 600 poqometr yeni səki daşı qoyulub. Sözügedən yolun uzunluğu 300 metr, eni isə 10 metrdir.

Təmir-tikinti işləri aparılan ərazidə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yerində yeni yol yatağı salınıb. Ümumilikdə 3 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənir. Artıq yolda aparılan yeni asfalt-beton örtüyünün üst, aşınma qatının döşənməsi işləri də yekunlaşmaq üzrədir. İşlərin bu gün yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən isə B.Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən H.Cavid prospekti ilə kəsişməsinədək olan hissəsi tam olaraq sürücülərin ixtiyarına veriləcək.

Artıq bir müddətdir küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti