...

Köçəri və ev quşlarından qan analizi götürüləcək

Cəmiyyət Materials 1 İyun 2015 15:10 (UTC +04:00)
Quş qripi ilə bağlı növbəti monitorinq başlayıb.
Köçəri və ev quşlarından qan analizi götürüləcək

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

Quş qripi ilə bağlı növbəti monitorinq başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Trend-ə verilən məlumata görə, quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan DBNX ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Köçəri quşların yaz miqrasiyası nəzərə alınaraq iyunun 1-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə iyunun 11-də ictimaiyyət üçün açıqlanacaq.

DBNX bildirir ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyin qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti