...

Bölgələrdə səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Cəmiyyət Materials 3 İyun 2015 10:31 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 7 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq.
Bölgələrdə səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 7 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, iyunun 10-13-də respublikanın 7 rayonunda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edəcək.

ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyunun 10-da saat 9.00-dan 13.00-dək Ucar rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağdaş rayon mərkəzi xəstəxanasında, iyunun 11-də saat 9.00-dan 13.00-dək Bərdə rayon ƏSMM-nin və 14.00-dan 18.00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstərəcək. Səyyar xidmət iyunun 12-də saat 9.00-dan 13.00-dək Ağdam rayon ƏSMM-nin inzibati binasında və 14.00-dan 18.00-dək Ağcabədi rayon mərkəzi xəstəxanasında, iyunun 13-də saat 10.00-dan 14.00-dək isə Zərdab rayon İH-nin qonaq evində davam etdiriləcək.

Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti