...

Kar uşaqları olan valideynlər üçün xoş xəbər

Cəmiyyət Materials 5 İyun 2015 14:20 (UTC +04:00)
Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə “Koxlear implantasiya ” əməliyyatı icra olunub.
Kar uşaqları olan valideynlər üçün xoş xəbər

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə "Koxlear implantasiya " əməliyyatı icra olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasında "Daxili qulağın protezləşməsi" əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatın köməyilə anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitməsini bərpa olunur.

Dünən Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla nəticələnib. Bu gün isə artıq 2 yaş 2 aylıq İbrahim əməliyyata alınıb.

Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılır.

Yusif Hacıyevin sözlərinə görə, eşitməsində anadangəlmə problem olan, qətiyyən eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Lakin həkim belə problemi olan uşaqları mümkün qədər tez həkimə müraciət etməyi məsləhət görür: "Çünki belə əməliyyatların 4 yaşa qədər icrası məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti