...

Gələn həftə 5 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Cəmiyyət Materials 2 İyul 2015 15:47 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Neftçala, Salyan, Hacıqabul, Sabirabad rayonlarında və Şirvan şəhərində davam etdiriləcək.
Gələn həftə 5 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Neftçala, Salyan, Hacıqabul, Sabirabad rayonlarında və Şirvan şəhərində davam etdiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 8-də saat 09:00-dan 12:00-dək Neftçala rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında və saat 13:00-dan 18:00-dək Salyan rayon ƏSMM-in inzibati binasında, iyulun 9-da saat 09:00-dan 13:00-dək Hacıqabul rayon ƏSMM-in inzibati binasında və saat 14:00-dan 18:00-dək Şirvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Növbəti gün, iyulun 10-da isə saat 09:00-dan 16:00-dək Sabirabad rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında bu təbəqədən olan şəxslərə protez-ortopedik bərpa xidməti göstəriləcək.

Onlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti