...

TQDK dərsliklərdə növbəti monitorinq aparır

Cəmiyyət Materials 25 Avqust 2015 15:56 (UTC +04:00)
Oktyabr ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərin növbəti monitorinqini keçirəcək.
TQDK dərsliklərdə növbəti monitorinq aparır

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elmir Murad/

Oktyabr ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərin növbəti monitorinqini keçirəcək. Bunu Trend-ə açıqlamasında qurumun mətbuat katibi Elnur Nağıyev deyib.

Onun sözlərinə görə, dərsliklərin monitorinqinin bir hissəsi artıq başa çatdırılıb. Monitorinqlərin nəticələrini Təhsil Nazirliyinə göndərdiklərini deyən TQDK rəsmisi qeyd edib ki, hazırda bu məsələyə nazirlikdə baxılır: "Dərsliklər hər il təkrar çap olunmur. Ona görə də hər hansı irad, təklif və rəylər olanda biz onu Təhsil Nazirliyinə təqdim edirik. Bu məsələlər də növbəti mərhələdə Təhsil Nazirliyi tərəfindən baxılır. Bizdə dərsliklərin növbəti monitorinqi oktyabr ayının əvvəllərində başlayacaq. TQDK-nın nəzdində dərs vəsaitlərinin monitorinq və qiymətləndirmə xüsusi şöbəsi və ekspert şurası fəaliyyət göstərir. Monitorinqlər həmin strukturlar tərəfindən aparılır".

İndiyə kimi keçirilən monitorinqlərin nəticəsinə toxunan E.Nağıyev qeyd edib ki, dərsliklərdəki çatışmazlıqlarla bağlı irad və təkliflərin müəyyən hissəsinə nazirlikdə baxılıb. TQDK rəsmisi deyib ki, Təhsil Nazirliyindən iradların növbəti nəşrlərdə nəzərə alınacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti