...

Efirdə yeni veriliş

Cəmiyyət Materials 11 Sentyabr 2015 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Gələn həftədən etibarən Region TV -nin efirində media ilə bağlı yeni bir veriliş yayıma başlayır. Proqram "Mediaradar" adlanır. Trend-in məlumatına görə, bu barədə televiziyanın mətbuat katibi və sözügedən layihənin rəhbəri İsmayıl Həsənov məlumat verib.

Proqramda ölkə mediasının gündəmindən seçilən xəbərlər müzakirə olunacaq. Verilişin qonaqları isə mətbuat nümayəndələri olacaq.

Proqramın gedişatında medianın problemləri və həlli yolları müzakirə olunacaq. İ.Həsənov bildirib ki, layihə həftənin bazar ertəsi saat 22:00-da yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti