...

"ASAN FM" radiosunun rəhbəri məlum oldu

Cəmiyyət Materials 5 Oktyabr 2015 16:25 (UTC +04:00)
Emin Musavi "ASAN FM" radiosunun rəhbəri təyin edilib.
"ASAN FM" radiosunun rəhbəri məlum oldu

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Emin Musavi "ASAN FM" radiosunun rəhbəri təyin edilib.

Yeni rəhbər Trend-ə aldığı təklifə böyük məmnuniyyətlə razılıq verdiyini bildirib: "Beləliklə, bundan sonra "ASAN FM" radiosunun rəhbəri vəzifəsində çalışacağam. Hazırda texniki məsələlər üzərində iş gedir. "ASAN xidmət"in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, "ASAN FM"-də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər".

O, əmin olduğunu bildirib ki, "ASAN xidmət" kimi "ASAN FM" də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək.

"ASAN FM"-in rəhbəri vəzifəsində fəaliyyətə başlayan E.Musavinin radio və televiziya sahəsində 20 ilə yaxın təcrübəsi var. Belə ki, E.Musavi 1997-ci ildə ANS ÇM radiosunda fəaliyyətə başlayıb, 2004-cü ildə "106.3 FM" radiosunu yaradıb və həmin radionun rəhbəri olub. Son illər E.Musavi Latviyanın dövlət orqanları və Latviyanın Azərbaycandakı səfirliyi ilə PR və media sahəsində əməkdaşlıq edir, Latviyada Azərbaycan haqqında radio verilişləri hazırlayır.

Qeyd edək ki, "ASAN FM" radiosu yaxın vaxtlarda 100 FM dalğasında yayıma başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti