...

General Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunur

Cəmiyyət Materials 19 Oktyabr 2015 12:14 (UTC +04:00)
Görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlərin planlaşdırılması və keçirilməsi məqsədilə Müdafiə nazirinin əmrinə əsasən Təşkilat Komitəsi yaradılıb.
General Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunur

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elmir Murad/

Görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlərin planlaşdırılması və keçirilməsi məqsədilə Müdafiə nazirinin əmrinə əsasən Təşkilat Komitəsi yaradılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Təşkilat Komitəsinin ilk iclasında Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlərin keçirilməsi ilə baglı qarşıda duran tapşırıqlar müzakirə edilib.

Təhsil, Mədəniyyət və Turizm Nazirliklərinin təklifləri də nəzərə alınmaqla hazırlanan tədbirlər planına əsasən qarnizonlarda, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi birlik, birləşmə və hissələrdə, eləcə də ölkənin təhsil və mədəni-maarif ocaqlarında minlərlə hərbi qulluqçu və mülki əhalinin iştirakı ilə elmi-praktik konfrans, yubiley mərasimləri, yarış-müsabiqələri, viktorinalar, səyyar foto sərgilər və müxtəlif tədbirlər keçiriləcək.

İlin sonunadək davam edəcək silsilə tədbirlərə artıq Silahlı Qüvvələrdə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti