...

Sabah bəzi ərazilərdə yağış yağacaq

Cəmiyyət Materials 22 Oktyabr 2015 12:59 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
Sabah bəzi ərazilərdə yağış yağacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağma ehtimalı var. Gündüz havanın dəyişkən olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19 dərəcə isti olacaq.

Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti