Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
"Qəbələ" futbol klububun inkişaf direktoru, İngiltərə futbolunun əfsanəsi Toni Adams Azərbaycanda ürəyindən əməliyyat olunub.
Bu barədə Trend "The Guardian"a istinadən məlumat verir.
T.Adams bildirib ki, məşğələlər zamanı sinəmdə ağrı hiss edirdim: "Klub həkimləri baxışdan sonra məni klinakya çatdırıblar. Venada tıxanma aşkarlandı. Azərbaycanlı cərrah Üzeyir Rəhimovun məharəti olmasaydı, indi sizinlə olmazdım. Bu əməliyyat həyatımı xilas etdi".