...

3 gündə Bakıya aylıq normanın 86 faizi qədər yağıntı düşüb

Cəmiyyət Materials 10 Noyabr 2015 11:23 (UTC +04:00)
Noyabrın 7-dən 10-dək Bakıda və Abşeron yarımadasında aylıq normanın 86 faizi qədər yağıntı düşüb.
3 gündə Bakıya aylıq normanın 86 faizi qədər yağıntı düşüb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Noyabrın 7-dən 10-dək Bakıda və Abşeron yarımadasında aylıq normanın 86 faizi qədər yağıntı düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi noyabrın 7-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti