...

6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Cəmiyyət Materials 10 Noyabr 2015 14:32 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar protez-ortopedik bərpa xidməti yaxın 3 gün ərzində Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında davam etdiriləcək.
6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar protez-ortopedik bərpa xidməti yaxın 3 gün ərzində Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında davam etdiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası noyabrın 11-də saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, noyabrın 12-də saat 9.00-dan 13.00-dək nazirliyin İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Göyçay rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında qeyd olunan şəxslərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Noyabrın 13-də isə saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında həmin rayonların müvafiq təbəqələrdən olan sakinləri səyyar şəkildə protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.

Qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, habelə göstərilən vaxtlarda və ünvanlarda müraciət edən digər müvafiq şəxslərə ehtiyaclarına uyğun şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti