...

Metro stansiyalarında satış yerləri genişləndiriləcəkmi?

Cəmiyyət Materials 12 Noyabr 2015 12:59 (UTC +04:00)
Metro stansiyalarında olan kitab satışı yerləri artırıla bilər.
Metro stansiyalarında satış yerləri genişləndiriləcəkmi?

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmir Murad/

Metro stansiyalarında olan kitab satışı yerləri artırıla bilər.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda Metropolitenin iki stansiyasında belə yerlər var.

N.Paşayev gələcəkdə stansiyalarda sərnişinlərin salfet və su alması üçün müasir aparatların quraşdırılmasını da istisna edilmir: "İçərişəhər" və "Koroğlu stansiyalarında kitab və gül satışı yerləri var. Gələcəkdə digər stansiyalarda əsaslı təmir işləri aparılan zaman bu məsələ yenidən gündəmə gələ bilər. Yəni, stansiyalarda müvafiq yer olduğu təqdirdə, kitab satışı üçün yerlərin ayrılması nəzərdə tutulur. Amma bizim üçün ən əsası sərnişinlərin metro stansiyalarında gediş-gəlişinin maneəsiz təşkilidir. Ona görə də kitab satışı, o cümlədən sərnişinlərin salfet və su almaları üçün xüsusi aparatların metroda yerləşdirilməsi yalnız müvafiq yerlərin olmasından asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti