...

"Gənc istedadlar" bayraq və konstitusiyadan danışdılar (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2015 14:12 (UTC +04:00)
Konstitusiya Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilib.
"Gənc istedadlar" bayraq və konstitusiyadan danışdılar (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində 6 b sinif şagirdlərinin təqdimatında Dövlət Bayrağıvə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə liseyin direktoru, professorQasım Hüseynov açaraq onun əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsini, onların milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Tədbir bir-birindən maraqlı kompozisiya ilə davam edib. Şagirdlər çıxışlarında bayraq və vətənlə bağlı çoxsaylı şeirlər səsləndirib, səhnəciklər nümayiş etdirib, maraqlı məruzələr söyləyiblər. Bildiriblər ki, bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biridir. Konstitusiya isə dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir.

Sonra tədbirlə əlaqədar videoçarx nümayiş olunub və iştirakçılar liseyin kollektivinə və sinif müəlliməsi Könül Şahbazovaya minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti