...

"Günəşli" yatağının 10-cu özülündə hasilatın bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirildi

Cəmiyyət Materials 7 Dekabr 2015 11:50 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğından sonra həmin platformada hasilatın bərpa edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.
"Günəşli" yatağının 10-cu özülündə hasilatın bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirildi

Bakı. İlhamə İsabalayeva-Trend:

"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğından sonra həmin platformada hasilatın bərpa edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, artıq dünəndən bu istiqamətdə işlərin aparılmasına hazırlıq paralel şəkildə aparılır: "Bir yerdə yanğının baş verməsi o boyda platformanın itirilməsi demək deyil. Sadəcə olaraq, biz yanğını söndürən kimi ilk əvvəl yararsız hala düşmüş avadanlıqların demontajı, ondan sonra onların montajı aparılacaq".

B.Ağarəhimov sosial şəbəkələrdə SOCAR-ın qurumlarından birinin dekabrın 5-də bayram şənliyi keçirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

Onun sözlərinə görə, belə bir hadisənin baş verməsi mümkün deyil.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti