...

İtkin düşən neftçilərin axtarışına 1 təyyarə, 10 helikopter və 7 gəmi cəlb olunacaq

Cəmiyyət Materials 10 Dekabr 2015 19:57 (UTC +04:00)
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da Fövqəladə Hallar Nazirliyində (FHN) müşavirə keçirilib.
İtkin düşən neftçilərin axtarışına 1 təyyarə, 10 helikopter və 7 gəmi cəlb olunacaq

Bakı. Trend:

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da Fövqəladə Hallar Nazirliyində (FHN) müşavirə keçirilib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəislərinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sahil Mühafizə və Aviasiya xidmətləri rəislərinin, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə əsas məqsəd qəza nəticəsində itkin düşən insanların axtarışı işlərindəki effektivliyin artırılması ilə bağlı məsələlərin müzakirəsi olub.

Müşavirənin yekunu olaraq, sabah axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb.

Həmçinin Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti