...

İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Yanvar 2016 15:18 (UTC +04:00)
Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu barədə Azərbaycan tərəfinə məlumat verilib.
İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu barədə Azərbaycan tərəfinə məlumat verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və "Azneft" İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

X X X

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.

Aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus "Cabbar Həşimov" gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Caspian Rovşan" gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır.

Cəsədin üzərində olan xisusi qeyimdə "AZ SOCAR" yazısı müəyyən edilib.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti