...

Azərbaycanda 29 minə yaxın şəxsə işsiz statusu verilib

Cəmiyyət Materials 21 Yanvar 2016 15:40 (UTC +04:00)
Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfərdir.
Azərbaycanda 29 minə yaxın şəxsə işsiz statusu verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfərdir.

Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2016-cı il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin 38,6 faizini qadınlar təşkil edib.

İşsizlik statusuna malik olanların çoxu - 12 113-ü Bakı şəhəri üzrə qeydiyyata alınıb. İşsizlik statusuna malik olanların 1543-ü işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 262,3 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti