...

Türkmənistan sahillərində tapılan meyitin kimliyi müəyyən olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 30 Yanvar 2016 20:53 (UTC +04:00)

Bakı. Trend:

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcəkdir.

Daha öncə, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşmüşdür.

X X X

Fövqaladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə Türkmənistan sahillərində tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti