...

Azərbaycanda ilk dəfə nadir rast gəlinən ürək xəstəliyi üzrə əməliyyat həyata keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2016 14:10
Azərbaycan Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub.
Azərbaycanda ilk dəfə nadir rast gəlinən ürək xəstəliyi üzrə əməliyyat həyata keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub. Universitetdən Trend-ə verilən məlumata görə, Tədris-Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib.

ATU-nun Tədris-Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, 10 milyon nəfər əhalisi olan Azərbaycanda çox az sayda koronar arteriya anomaliyası xəstəliyinə rast gəlinir. Xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir: "Bu xanım bizə müraciət edəndə, artıq ona diaqnoz qoyulmuşdu.

Bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 %-i 30 yaşına kimi yaşayır. 10 milyon nəfərlik əhalisi olan Azərbaycan üçün yəqin, 1-2 nəfər belə xəstə ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 belə xəstə tapa bilərsən".

Kardiocərrah bildirir ki, artıq əməliyyat olunmuş xəstənin həyatı üçün risk yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti