...

BMT Sivilizasiyalar Alyansı: Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycandan dünyaya daha bir mesaj olacaq (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2016 10:28 (UTC +04:00)

Bakı. Trend:

Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycandan dünyaya daha bir mesaj olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu fikri 25-27 aprel tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Foruma hazırlıq işləri ilə əlaqədar ölkəmizdə səfərdə olan BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saad Təşkilat Komitəsinin növbəti iclası zamanı deyib.

O, Forumun Təşkilat Komitəsi ilə sıx əlaqə qurulduğunu və hazırlıqların yüksək səviyyədə getdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yarandıqdan sonra bu sahədə ciddi işlər görülür. O, hazırlıq prosesinin yekunlaşdırılması üçün işləri daha da sürətləndirməyin vacibliyini bildirdi: "Bakıya bir gün öncə gəlməyimizə baxmayaraq bir sıra görüşlər keçirmişik. Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycandan dünyaya daha bir mesaj olacaq. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması da Forumun əhəmiyyətini artırır".

Qeyd edək ki, 25-27 aprel tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Bununla bağlı ölkə Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Müxtəlif dövlət qurumlarının təmsil olunduğu Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Təşkilat Komitəsinin iclasında Ə.Qarayev də görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Aprelin 25-dən 27-dək keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna da ölkəmiz yüksək səviyyədə hazırlaşır. Foruma hazırlıq prosesi son mərhələyə qədəm qoyub. Belə bir mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzundan bir daha sübut edir.

Ə.Qarayev bildirdi ki, Forumun proqramı üzrə iş gedir, demək olar ki, ilkin layihə hazırdır: "Xarici İşlər Nazirliyi ilə birlikdə "Bakı bəyannaməsi"nin layihəsini hazırlayıb BMT-yə təqdim etmişik. Bəyannamə layihəsi bu günlərdə BMT-nin qərargahında müzakirə olunmaqdadır. Layihə alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Sənəddə dünyanı, o cümlədən Azərbaycanı narahat edən bir sıra məsələlər əksini tapıb. "Bakı bəyannaməsi" həm də Forumun gələcək dünya proseslərinə təsirini ortaya qoyacaq".

Nazir diqqətə çatdırdı ki, Forumda iştirak edən qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları üçün mədəni proqramlar da təşkil olunacaq. Həmçinin gələn qonaqlarla ali məktəblərdə də görüşlərin təşkili də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti