...

Həbsdə olan şairin məhkəməsinin vaxtı bilindi

Cəmiyyət Materials 9 Mart 2016 12:14 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan şair-yazıçı Saday Şəkərovun barəsində başlanmış cinayət işinə baxacaq hakim müəyyənləşib.

Məhkəmədən Trend-ə verilən məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib. İş üzrə məhkəmənin ilk iclası martın 11-ə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan onun barəsində faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti