...

Azad Rəhimov: IV İslam Həmrəylik Oyunlarına hazırlığa fransız mütəxəssislərinin cəlb olunması mümkündür

Cəmiyyət Materials 17 Mart 2016 11:58 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi qəbul edib.
Azad Rəhimov: IV İslam Həmrəylik Oyunlarına hazırlığa fransız mütəxəssislərinin cəlb olunması mümkündür

Bakı. Trend:

Gənclər və idman naziri Azad Rəhimov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi qəbul edib.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən məlumat verilib.

Bildirilir ki, görüş zamanı gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, hər iki sahəyə məsul şəxslərin görüşlərinin faydasının önəmi diqqətə çatdırılıb.

Nazir A.Rəhimov Avropa Oyunları zamanı bir sıra fransız şirkət və mütəxəssislərinin oyunların hazırlıq işlərinə cəlb olunduqlarını qeyd edib. Nazir eyni zamanda, IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərində də fransız mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü vurğulayıb.

Xanım səfir öz növbəsində, hər iki ölkə arasında gənclər sahəsində regionlararası münasibətlərin qurulmasının vacibliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti