...

Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq

Cəmiyyət Materials 17 Mart 2016 16:44 (UTC +04:00)
Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq.
Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq

Bakı. Trend:

Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bunu martın 17-də SOCAR prezidenti Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşü zamanı deyib.

R.Abdullayev görüşdə qaldırılan məsələlərin həlli istiqamətində şirkət tərəfindən hər cür dəstək göstəriləcəyini qeyd edib, itkin düşənlərin ailə üzvlərinin üzləşdikləri çətinliklərin aradan qalıdırılmasına yardım edilməsinin hər şeydən öncə, vətəndaşlıq borcu olduğunu bildirib.

O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib, ölənlərə Allahdan rəhmət, itkin düşənlərin ailə üzvlərinə səbr diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti