...

Paytaxtda marşrut avtobuslarının toqquşması hadisəsi ilə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 8 Aprel 2016 14:04 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisində iki marşrut avtobusunun toqquşması hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Paytaxtda marşrut avtobuslarının toqquşması hadisəsi ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:
Bakının Nizami rayonu ərazisində iki marşrut avtobusunun toqquşması hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, baş vermiş yol qəzası ilə bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hadisədən sonra piyadanı vuran marşrut avtobusun sürücüsü hadisə yerindən qaçıb.

Qeyd edək ki, bu gün hadisə Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində 1 nəfər piyada ölüb, 9 nəfər xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti