...

Azad Rəhimov: Müxtəlif ölkələrdən parlaq zəkalı gənclərin Bakıda toplaşması poblemlərin həllində əhəmiyyətlidir

Cəmiyyət Materials 25 Aprel 2016 11:38 (UTC +04:00)
"Dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşması qarşıda duran poblemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir".
Azad Rəhimov: Müxtəlif ölkələrdən parlaq zəkalı gənclərin Bakıda toplaşması poblemlərin həllində əhəmiyyətlidir

Bakı. Elçin Mehdiyev - Trend:

"Dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşması qarşıda duran poblemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir".

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumunun açılışında deyib.

Nazir bildirib ki, Azərbaycanda gənclər sahəsində mühüm tədbirlər həyata keçirilir: "Azərbaycan gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir".

A.Rəhimov deyib ki, bu il Azərbaycanın ikinci ən böyük şəhəri - Gəncə Avropa Gənclər Paytaxtı oldu: "Ölkəmizdə həmçinin digər beynəlxalq tədbirlər, o cümlədən skautların forumu da təşkil edilir. Bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir".

Nazir deyib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb: "Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir".

Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən A.Rəhimov dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulmasının sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdid olduğunu bildirib. Nazir qeyd edib ki, dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymayaraq bərabər inkişafa nail olmalıyıq.

Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin gücləndiyini və ciddi təhlükəyə çevrildiklərini deyən A.Rəhimov vurğulayıb ki, təəssüf ki, beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir: "İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır. Ümid edirik ki, gələcək nəsillər bu müharibənin acı nəticələrini görməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti