...

Səudiyyə Ərəbistanı Azərbaycanla hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Cəmiyyət Materials 28 Aprel 2016 14:57 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının prokurorluğu və Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin rəhbər işçilərindən ibarət geniş tərkibli nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.
Səudiyyə Ərəbistanı Azərbaycanla hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının prokurorluğu və Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin rəhbər işçilərindən ibarət geniş tərkibli nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov ölkələrin dostluq və səmərəli əməkdaşlıq münasibətlərini, ölkə rəhbərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib, dövlətlərimizin həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək olduğunu vurğulayıb, hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sistemi, bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan köklü mütərəqqi islahatlar, o cümlədən Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi üzrə görülən işlər barədə məlumat verilib.

Həmçinin, Ədliyyə Akademiyasının müasir tədris üsulları tətbiq olunmaqla ədliyyə orqanlarına, prokurorluğa və vəkilliyə namizədlərin icbari təlimi, hakimliyə namizədlərin ilkin uzunmüddətli və hakimlərin davamlı tədrisi, bu kateqoriyadan olan və digər hüquqşünasların ixtisasının artırılması ilə bağlı fəaliyyəti qonaqların diqqətinə çatdırılıb.

Azərbaycanın bu sahədə nailiyyətlərinə və müsbət təcrübəsinə maraq göstərən nümayəndə heyəti ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə yüksək səviyyəyə qaldırılması ilə bağlı niyyətini ifadə edib, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti