...

Almaniyada ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş boks turniri keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2016 12:20 (UTC +04:00)
Almaniyanın Vaysvasser şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş peşəkar boks turniri keçirilib.
Almaniyada ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş boks turniri keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyanın Vaysvasser şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş peşəkar boks turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, turnirin finalında alman boksçu Matthias Pelk ilə Gürcüstan boksçusu Jaba Çautaşvili mübarizə aparıb. Rəqibini xal hesabı ilə məğlub edən almaniyalı idmançı rinqdə qalib gələrək 5-ci dəfə Heydər Əliyev adına Dünya Boks Komitəsininin kəmərinə sahib olub.

Qeyd edək ki, turnirdə Belorus, Gürcüstan, Ukrayna, Tacikistan, Polşa, Keniya boksçuları da mübarizə aparıb. 2007-ci ildən bəri Almaniyada keçirilməsi ənənə halını alan bu turnir Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Boks Federasiyası, Qəbələ idman klubu, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti