...

Elmira Süleymanova: Erkən nikahlar ailələrin möhkəmlənməsinə mane olur

Cəmiyyət Materials 12 May 2016 12:39 (UTC +04:00)
Azərbaycanda erkən nikahlar ailələrdə problemlərə səbəb olur.
Elmira Süleymanova: Erkən nikahlar ailələrin möhkəmlənməsinə mane olur

Bakı. Samir Əli- Trend:

Azərbaycanda erkən nikahlar ailələrdə problemlərə səbəb olur.

Trend-in məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bildirib.

Ombudsman qeyd edib ki, bu problem həmin ailələrin möhkəmlənməsinə mane olur: "Azərbaycanda valideynlər övladlarını erkən nikaha məcbur edir. Bu, yolverilməzdir. Bu, həmçinin ailələrdə münaqişələrə də səbəb olur. İnsanların hüququnu pozmaq olmaz. Heç kəs ailə qurmağa məcbur edilməməlidir. Bu problemin aradan qaldırılması üçün ailələr də səy göstərməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti