...

Bakının daha bir küçəsi tam bağlanır

Cəmiyyət Materials 3 İyun 2016 18:19 (UTC +04:00)
Bakının daha bir küçəsi bağlanacaq.
Bakının daha bir küçəsi tam bağlanır

Bakı. Trend:

Bakının daha bir küçəsi bağlanacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) iyunun 4-ü səhər saatlarından hərəkətə tam olaraq bağlanacaq.

Əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər hansı məhdudiyyət tətbiq edilmir.

Yarana biləcək müvəqqəti narahatlığa görə ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etməklərini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti