...

Qalib QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 5 İyul 2016 17:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ilin II maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.
Qalib QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ilin II maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərin icra etdikləri layihələri effektiv idarə edə bilməsi məqsədi ilə məlumatlandırma sessiyalarının mütamadi qaydada təşkil edildiyini bildirib.

Məlumatlandırma sessiyasında Katibliklə QHT-lər arasında imzalanacaq qrant müqavilələrinin müddəaları, layihələrin icra planı ilə bağlı ortaya çıxan məsələlər, maliyyə və təsviri hesabatların hazırlanma qaydaları, icra olunan layihələrin səmərəliliyinin artırılması yolları, təşkil olunacaq tədbirlərin auditoriyasının seçilməsi, nəticələrin dəyərləndirilməsi kimi məsələlərə toxunulub.

İcraçı direktor QHT-lərin müqavilə öhdəliklərinə və Şuranın təlimatlarına ciddi əməl etməsinin vacib olduğunu qeyd edib.

Tədbirdə QHT nümayəndələrinə audiovizual materialların hazırlanması qaydaları ilə bağlı zəruri məlumatlar verilib.

Toplantının sonunda Katiblik əməkdaşları QHT təmsilçilərinin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti