...

Dünənki yağışdan sonra bu gün isti

Cəmiyyət Materials 8 İyul 2016 10:05 (UTC +04:00)
Dünən paytaxtda və ölkə ərazisində buludlu, bəzi saatlarda yağmurlu hava şəraitindən sonra bu gün əsasən Bakıda və Abşeron yarmadasında isti hava proqnozlaşdırılır.
Dünənki yağışdan sonra bu gün isti

Bakı. Trend:

Dünən paytaxtda və ölkə ərazisində buludlu, bəzi saatlarda yağmurlu hava şəraitindən sonra bu gün əsasən Bakıda və Abşeron yarmadasında isti hava proqnozlaşdırılır.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti