Kolleclərə ərizə qəbulunun müddəti uzadılıb

Cəmiyyət Materials 8 İyul 2016 13:33 (UTC +04:00)
Ümumi orta (9 illik) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb.
Kolleclərə ərizə qəbulunun müddəti uzadılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi orta (9 illik) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, abituriyentlər TQDK-nın internet saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrini təsdiq etməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi ümumi orta təhsil bazası (9 illik) üzrə 8‑18 iyul, tam orta təhsil bazası (11 illik) üzrə 15-19 avqust tarixlərində aparılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti