...

BSU-nun yeni rektoru müəllimlərin geyimindən danışdı

Cəmiyyət Materials 14 İyul 2016 11:40 (UTC +04:00)
Bakı Slavyan Universitetində (BSU) ciddi olmasa da, müəyyən kadr islahatları aparılacaq.
BSU-nun yeni rektoru müəllimlərin geyimindən danışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Slavyan Universitetində (BSU) ciddi olmasa da, müəyyən kadr islahatları aparılacaq.

Trend-in məlumatına görə, bunu universitetə yeni təyin olunmuş rektor Nurlana Əliyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, BSU-da müəllim və şagirdlərin geyimi ilə bağlı ciddi tələblərin qoyulması düzgün deyil: "Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, bu, müəllimdir. Tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlərlə diqqəti cəlb etməməlidir. Özünün səliqə-səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geyimi korporativ geyim olmalıdır. Tələbənin geyimi isə öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti