...

Çilili jurnalist: Azərbaycan Dini birgə yaşayışın Oazisi

Cəmiyyət Materials 11 Avqust 2016 13:42 (UTC +04:00)
Tanınmış çilili jurnalist Markos Borkoskinin “Cambio21” xəbərlər portalının internet səhifəsində “Azərbaycan: Dini birgə yaşayışın Oazisi” başlıqlı məqaləsi dərc olunub.
Çilili jurnalist: Azərbaycan Dini birgə yaşayışın Oazisi

Bakı. Trend:

Tanınmış çilili jurnalist Markos Borkoskinin “Cambio21” xəbərlər portalının internet səhifəsində “Azərbaycan: Dini birgə yaşayışın Oazisi” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə bildirir ki, Azərbaycan islam, roman katolik, ortodoks katolik və yəhudi dinlərinə etiqad edənlərin qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkədir.

Müəllif qeyd edir: "Mən davamlı beynəlxalq hadisələri izləyən birisiyəm. Bu gun izlədiyimiz hadisələr ruhumuzu sarsıdır. Planetimizdə günahsız insanların dini müxtəlifliyə görə müharibə girdabına düşdüyü bir zamanda dini ayrı-seçkilikdən uzaq, insanların sülh içərisində birgə yaşayışının var olduğu və real olduğu bir ölkə tanıyıram. Bəli, bu mümkündür. Onlar biri-biriləri ilə sülh və harmoniya içərisində yaşamağı bacarırlar. İndi haqqında yazmaq istədiyim və bu mənada həqiqi oazis hesab olunan ölkə Azərbaycandır. Azərbaycan müsəlman ölkəsidir, amma burada roman katolik, ortodoks katolik və yəhudi dinlərinə etiqad edənlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bugünkü gün bu barədə yazmaq xəyal, təxəyyül və ya inanılası çətin hekayə kimi səslənə bilər. Amma bu bir həqiqətdir, reallıqdır".

Məqalədə sonra bildirir ki, Azərbaycanda müxtəlif dinlər arasında birgə yaşayışın olması həqiqətdir: "Ora elə bir ölkədir ki, orada həm məscidlər, həm ortodoks və roman katolik kilsələr, həm də müxtəlif sinaqoqlar mövcuddur. Mənə deyirlər ki, bu ölkədə müsəlman din xadiminin, katolik rahibin və yəhudi rabbinin yolda qarşılaşarkən bir-birini salamladığını, hətta bəzən ayaq saxlayıb söhbət etdiklərini tez-tez görmək mümkündür. Bu barədə bir çox qeydlər oxuduqdan sonra bunu Azərbaycanın Santiaqodakı Diplomatik Missiyasının müvəqqəti işlər vəkili Yasin Cəfərova danışdım. O, müxtəlif virtual səhifələrdə rast gəldiyim bu məlumatın doğru olduğunu bildirdi. Lakin bu hələ hamısı deyil. Çünki qeyd etdiyim fakt Kaliforniya ştatının Los-Angeles şəhərindəki Sinai məbədinin baş rabbisi David Volpenin 2015-ci ilin 5 noyabr tarixində yazdığı geniş məqalədə yer almışdır. David Volpen Azərbaycanın dini tolerantlığın oazisi olmasından xəbər verir. O məqaləsində yazır: "Azərbaycanda “ötən şönbə günü, səhər çağı əlli nəfər icma üzvü ilə birlikdə nadir bir təcrübənin şahidi oldum: birbaşa sinaqoqun içərisinə daxil olduq”. Və əlavə edir: “Bu diqqətəlayiq hal kimi görünməyə bilər. Lakin dünyanı gəzən insanlar bilirlər ki, çox yerdə sinaqoqlara asanlıqla girmək çətin məsələdir. Çünki sinaqoqlar 24 saat açıq olmadığından insanlar hər vaxt oraya girə bilmir”.

“Lakin müsəlman bir ölkədə (Azərbaycan) yəhudilər bir şənbə günü sinaqoqu sərbəstcə gəzdilər və heç kim bir sual belə soruşmadı, yaxud daşıdıqları əşyaları yoxlamadı. Azərbaycan önəmli bir istisnadır”.

O əlavə edir ki, Azərbaycana səfər etmiş israilli bir diplomat onlara Avropa ölkələrinin birində yarmulke (yəhudilərin dini baş geyimi) ilə gəzməyə tərəddüd etdiyini söyləyib. “Amma Azərbaycanda heç kim sizə bu geyimdə olduğunuz üçün mənfi münasibət göstərmir. Mən özüm bunun şahidiyəm. Təxminən bir həftə küçələrdə yarmulke ilə gəzdim. Lakin nəzakət və mehriban münasibətdən başqa heç nə ilə qarşılaşmadım”.

Mən o məqalədə yazılanlarla razıyam. Xüsusən o faktla ki, “bu möhtəşəm bir nailiyyətdir və dünyada çox az bilinir. Azərbaycan digər dini adət-ənənələrin qəbul edilməsinin qədim və şanlı tarixinə malik bir ölkədir. Baxmayaraq ki, əhalinin 90 faizi müsəlmandı, çoxluq təşkil edən sünni və şiələr burada birlikdə yaşayır, eynilə də yəhudilər və digər dini azlıqlar qəbul olunur və hörmət görürlər”.

Azərbaycan müxtəlif etnik və dinlərin vəhdətdə olduğu, dövlət siyasətinin tolerantlıq, etnik və dini qrupların ənənəvi harmonik şəkildə birgəyaşayışı ruhunda hazırlanıb həyata keçirildiyi bir ölkədir. Etnik mənsubiyyətindən, milliyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyi prinsipi qorunur. Bu Azərbaycanda bir qanundur.

Mən başqa ölkələrin həqiqətləri ilə tanış olmağı sevirəm. Digər sivilizasiyalar, digər mədəniyyətlər. İnsan həmişə yeni şeylər, yeni görüşlər və həyatın yeni fəlsəfələrini öyrənir. Ümumiyyətlə, Amerika ölkələri olaraq biz yeni bir dünyayıq. Minillik mədəniyyətə malik Azərbaycan kimi ölkələr isə dünyanın başqa bir hissəsində yerləşir.

Sözsüz ki, xüsusilə, etnik kimliyə, dinə və dilə hörmət, onların qanun qarşısında bərabərliyi baxımından öyrənəcəyimiz çox şey var. Xüsusilə, bugünkü dünyamızın hörmət və tolerantlığa ən çox ehtiyac duyduğu bir zamanda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti