İmişli rayon Təhsil Şöbəsi artıq xərclərə yol verib

İmişli rayon Təhsil Şöbəsi artıq xərclərə yol verib

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə İmişli rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri hesabatı müzakirə edərək təsdiq edib. 

Palatadan Trend-ə verilən məlumata görə, audit ümumilikdə 28714,8 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 92,4%-95,8% təşkil edib.

2015-2016-cı dərs ili üçün Şöbənin strukturu 62 ümumtəhsil məktəbi üzrə ümumilikdə 15322 şagird kontingenti və 915 sinif komplekti təsdiq edilib, ümumtəhsil məktəblərində 1596 nəfər müəllim çalışmış, şagirdlər üzrə orta sıxlıq 16,7, o cümlədən I-IV siniflər üzrə 18,0 nəfər, V-IX siniflər üzrə 15,9 nəfər, X-XI siniflər üzrə 16,2 nəfər təşkil edib.

Auditin əhatə etdiyi son tam dərs ilində (2014-2015-ci il) rayonun ümumtəhsil müəssisələrini 1229 şagird bitirib, onlardan 1133 nəfəri buraxılış imtahanında iştirak edib, rayon məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən aşağı olub.

2015-2016-cı dərs ilində rayonun ümumtəhsil məktəblərində vakant olan 125 yer üçün (1581 saat dərs yükü) kadr sifarişi verilib. Vakant yerlər üzrə ən çox tələbat əsasən informatika, kimya, fizika, azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olub. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,9%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan 46,2%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin  ana dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilərinin respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyən edilib. Qəbul imtahanlarında 56 məktəbin məzunu iştirak etsə də, 3 məktəb üzrə ali təhsil müəssisəsinə heç kim qəbul ola bilməyib, 1 məktəb üzrə ümumiyyətlə qəbul üçün sənəd verən olmayıb, 1 məktəb üzrə  qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı məzunların 10%-dən az olub, 3 məktəb üzrə abituriyentlərin topladığı orta bal 100-dən aşağı olub.

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış  tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi  səbəbindən Şöbə tərəfindən artıq əməkhaqqı ödənilib.

Audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi müəyyən olunub.

Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq və paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib.

Şöbə tərəfindən məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əməkhaqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

Nazirlər Kabinetinin “Ümumi icbari təhsil fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 1998-ci il tarixli 79 nömrəli Qərarına 29 mart 2010-cu il tarixli, 53 nomrəli Qərarı ilə edilmiş dəyişikliklərlə ümumi icbari təhsil fondunun dayandırılmasına baxmayaraq, auditlə əhatə olunan dövrdə Şöbə tərəfindən 3 halda məktəbli geyim formaları və 3 halda isə  idman geyim formaları alınması, həmçinin Şöbənin balansında olan təhsil müəssisələrində istifadə olunan əməkhaqqı cədvəlləri və tabel formalarının təhsil müəssisələrinin özləri tərəfindən hazırlanmasına baxmayaraq, bu materialların alınması üçün vəsait ödənilməsi səbəbindən səmərəsiz xərcə yol verilib.

Bir sıra hallarda  vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilimiş qiymətdən yüksək olması, həmçinin malların (işlərin və xidmətlərin) alış qiymətinin orta bazar qiymətlərindən  əhəmiyyətli dərəcədə fərqlənməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.

Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib, əvəzsiz qaydada verilmiş mallar uçota alınmayıb, istismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilmiş inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği  binaların balans dəyərinə əlavə olunmayıb, bir neçə halda məktəb binalarına artıq amortizasiya hesablanaraq binaların balans dəyəri azaldılıb.

2015-ci ildə kreditor borcun məbləği 19,7 dəfə artaraq 132,7 min manat olub, həmin məbləğin 98,6%-ni əməyin ödənişi ilə bağlı yaranmış borclar təşkil edib.

Hesablama Palatasının kollegiyası İmişli rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti İmişli rayon Təhsil Şöbəsinə göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə və aidiyyəti üzrə Təhsil Nazirliyinə məlumat verilib.

Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Loading Bars
Xəbər lenti
Hindistanın baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər öldü
Bu il Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi planlaşdırılır
Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq
Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq
ÜST: Dünyada ötən sutka koronavirusa 610 mindən çox yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib (FOTO)
İngiltərə Premyer Liqası: "Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb
Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb
Şahbuzda zəlzələ qeydə alınıb
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Bütün xəbərlər