...

Azərbaycanlı atlet gümüş medal qazandı (YENİLƏNİB-2)

Cəmiyyət Materials 10 Sentyabr 2016 02:20 (UTC +04:00)
Azərbycan atleti Yelena Çebanu yarışların final mərhələsində 11,71 saniyə nəticə göstərərək Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında gümüş medal qazanıb
Azərbaycanlı atlet gümüş medal qazandı (YENİLƏNİB-2)

Bakı. Trend:

Azərbycan atleti Yelena Çebanu yarışların final mərhələsində 11,71 saniyə nəticə göstərərək Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında gümüş medal qazanıb.

Trend-in məlumatına görə, o 100 metr məsafəyə qaçışda yalnız kubalı Durand Omara geri qalıb.

X X X

22:26

Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında finala çıxıb.

Trend-in məlumatına görə, o, 100 metr məsafəyə qaçışda 11,81 saniyəlik nəticəyə imza atan təmsilçimiz bütün iştirakçılar arasında ikinci yeri tutmaqla finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan Paralimpiya oyunlarında 24 idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti