...

Region TV brendini yeniləyib ARB TV oldu (FOTO/VİDEO)

Cəmiyyət Materials 19 Sentyabr 2016 13:15 (UTC +04:00)
Media tərəfdaşlıq layihəsinin tərkibinə “Kəpəz FM” radiosu da daxildir.
Region TV brendini yeniləyib ARB TV oldu (FOTO/VİDEO)

Bakı. Trend:

2 ildir, 6 bölgə televiziyasının bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi kimi efirdə olan Region TV öz brendini yeniləyərək, bundan sonrakı fəaliyyətini ARB TV (Azerbaijan Republic Broadcasting – Azərbaycanın Respublika Yayımçısı) adı ilə davam etdirəcək.

“ARB TV” olaraq əsas məqsədimiz geniş auditoriyaya hesablanmış, fərqli bir efir konsepsiyası təqdim etməkdir. Bunun üçün hər zövqə uyğun, bir-birindən maraqlı layihələrlə, ölkə və dünya gündəmini əks etdirən informasiya proqramları ilə tamaşaçıların qarşısına çıxacağıq.

Peykdə yayımlanan, tərəfdaşlarımız olan 3 tematik telekanal, adlarını yenilənmiş brendimiz “ARB”-yə uyğunlaşdıraraq, “TTV” (Türkel TV) - “ARB 24”, “Alternativ TV” – “ARB Ulduz”, “Günəş TV” – “ARB Günəş” olaraq fəaliyyətini davam etdirəcək.

“ARB 24”, fasiləsiz, hər 30 dəqiqədən bir, ölkə və dünya gündəmindən ən önəmli xəbərləri, ən operativ şəkildə tamaşaçılara çatdıracaq.

“ARB Ulduz” - Zövqlü musiqi və əyləncə axtaranların yeni ünvanı olacaq. Gələcəkdə “ARB Ulduz” yeni layihələrlə də tamaşaçıların qarşısına çıxacaq.

“ARB Günəş” isə balaca tamaşaçıları sevindirməyə davam edəcək. Ölkənin ilk uşaq kanalı olaraq yayıma başlayan telekanal bundan sonra da yeni verilişlər və yeni cizgi filmləri ilə efirdə olacaq.

Tərəfdaşlıq etdiyimiz bölgə telekanalları da öz brendlərini yeniləyərək, adlarını “ARB” brendinə uyğunlaşdırıb. “Kəpəz TV” – “ARB Kəpəz”, “Kanal S” – “ARB Şəki”, “RTV - ARB Şimal”, “CTV” – “ARB Cənub” , “EL TV” – “ARB Aran” olaraq fəaliyyətini davam etdirəcək. Tərəfdaş regional telekanalların adları yayımlandıqları ərazini özündə əks etdirir. Bütün kanalların adları tərəfdaşlıq çərçivəsində ortaq iş prinsipini əks etdirəcək.

Media tərəfdaşlıq layihəsinin tərkibinə “Kəpəz FM” radiosu da daxildir.

“ARB TV”-nin rəsmi internet səhifəsi: www.arbtv.az

Peyk frekansları: AZERSPACE 1 peyki, Tezlik:11024, Polyarizasiya: (V), Fec: 5/6, Symbol rate: 12698

Məqalədə:
Xəbər lenti

Xəbər lenti